Yeni araşdırma alimlərin yaşlanma və xərçənglə mübarizə istiqamətində mühüm nəticə əldə etdiyini göstərib.
Musavat.com xəbər verir ki, Böyük Britaniyada çalışan alimlər çılpaq köstəbək siçanlarının uzunömürlülüklə əlaqəli müdafiə mexanizmlərini digər heyvanlara qismən köçürməyə nail olublar.
Məlumata görə, alimlər siçanlara xüsusi növ hialuron turşusunun yaranması ilə bağlı geni implantasiya ediblər. Nəticədə təcrübə heyvanlarının ömür uzunluğu artıb və onlarda xərçəngə tutulma halları daha az müşahidə olunub.
Araşdırmada qeyd edilir ki, kiçik ölçülü olmasına baxmayaraq, çılpaq köstəbək siçanları 41 ilə qədər yaşaya bilir. Bu göstərici digər siçan növləri ilə müqayisədə təxminən 10 dəfə çoxdur. Həmçinin onların xərçəng, ürək-damar xəstəlikləri və neyrodegenerativ problemlərlə çox nadir hallarda üzləşdiyi bildirilir.
Təcrübələr zamanı gen köçürülən siçanlarda yaşlanma ilə bağlı iltihabın azaldığı, bağırsaq vəziyyətinin daha yaxşı qorunduğu və orta ömür müddətinin 4,4 faiz artdığı müəyyən edilib.
Alimlər hesab edir ki, əsas nəticələrdən biri orqanizmdə yaşlanmanın əsas əlamətlərindən sayılan xroniki iltihabın azalması olub.
Musavat.com