AZ

Tramp bu il Rusiyaya səfər edə bilər

ABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edə biləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə Çinə səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında TASS-ın sualını cavablandırarkən danışıb.

“Bu, mümkündür. Mən Ukraynada nizamlanmaya nail olmaq üçün lazım olan hər şeyi edəcəyəm”, – deyə Tramp Rusiyaya mümkün səfəri ilə bağlı suala cavabında bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Moskva ilə Kiyev arasında razılaşmanın əldə olunacağına inanır.

“Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, – deyə o vurğulayıb.

Seçilən
39
3
publika.az

4Mənbələr