AZ

Oradan təklif gözləyir: Ölkəniz sizə zəng edəndə…

Məşhur italyan məşqçi Klaudio Ranyeri İtaliya millisinə rəhbərlik etməyə hazır olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, mütəxəssisin sözlərini “Football Italia” sitat gətirib.

“Əvvəllər milli komandanın təkliflərini rədd edirdim, çünki artıq “Roma”da işləyirdim və hər iki işi bir yerdə görə bilmirdim. İndi boşam, ona görə də kimsə zəng etsə, niyə də yox? Heç vaxt “heç vaxt” demə.

İtaliyadan baş məşqçi, yoxsa direktor olmaq təklifi gəlsə, qəbul edərdimmi? Bilmirəm, amma ölkəniz sizə zəng edəndə “hə” deyirsiniz – nöqtə”, – məşqçi deyib.

Seçilən
31
publika.az

1Mənbələr