AZ

Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir

Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.

KONKRET.az bildirir ki, artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.

Bildirilir li, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.

Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.

Göstəriş xətt üzrə hərəkət etməyən sürücülər müvafiq qayda pozuntusuna görə müvafiq qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb ediləcəklər.

Seçilən
3
10
konkret.az

10Mənbələr