AZ

Münəvvər Əliyeva: Uzun fasilədən sonra ilk dəfə mənfi obrazı canlandırdım

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

“Kral Lir” tamaşasına iki aya yaxın müddətdə hazırlaşdıq. Tamaşanın quruluşçu rejissoru Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzenin bizimlə çalışmaq tərzi kollektivə yeni ruh və fərqli yaradıcı enerji verib. Onun dəst-xəti tamamilə fərqli olduğundan bu proses aktyor heyəti üçün xüsusi təcrübə olub.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Münəvvər Əliyeva söyləyib.

Tamaşanın səhnəyə çıxacağı günü uzun müddətdir gözlədiklərini vurğulayan aktrisa deyib: “Əsərdəki faciə bu gün də aktuallığını qoruyur. Uzun fasilədən sonra ilk dəfə mənfi obrazı canlandırdım. Təbii ki, obraz üzərində ciddi axtarışlar apardım və sonda qənaətə gəldim ki, hər mənfi obrazın daxilində belə müəyyən insani məqamlar və psixoloji əsaslar mövcuddur”.

Müxbir - Fidan Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
azertag.az

2Mənbələr