AZ

Azərbaycanın Kanadadakı səfirliyinin konsulluq bölməsi beş gün işləməyəcək

Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi beş gün fəaliyyət göstərməyəcək.

News365.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

"28 May - Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - paylaşımda qeyd edilib.

Seçilən
12
5
news365.az

10Mənbələr