AZ

Ermənistan Rusiyanın notasına əhəmiyyət vermədi

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla İrəvana təqdim edilən etiraz notasını müzakirə etməyi planlaşdırmır.

"Unikal" xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Mirzoyan deyib. 

"Müzakirə üçün konkret bir mövzu görmürəm" söyləyən Mirzoyan, həmçinin, qeyd edib ki, Ermənistan tərəfi rusiyalı tərəfdaşları ilə daim əlaqə saxlayır.

Xatırladaq ki, mayın 7-də Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildirilib ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə platforma verilməsi "qətiyyən qəbuledilməzdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
3
unikal.az

4Mənbələr