AZ

Azər Axşamı qapıdan geri qaytardılar: “Bezirdilər...”

Azər Axşam çalışmaq istədiyi teatrlardan birində qarşılaşdığı vəziyyət barədə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, aktyor uzun müddətdən sonra əvvəlki iş yerinə üz tutub və yenidən səhnəyə qayıtmaq istədiyini dilə gətirib:

“Çox arxayın getdim ki, işə götürəcəklər. Dedim, televiziyada olmağıma baxmayaraq, teatr mənim həyatımdır, çox istəyərəm burada çalışım. Mənə yaxşı qulaq asdılar, dedilər ki, sizi çox istəyirik, amma ştatda yer yoxdur”. 

Azər Axşam bu cavabdan məyus olduğunu gizlətməyib. O, gənclik illərində özünü təsdiqləmək üçün dəfələrlə teatr qapılarında gözlədiyini də xatırladıb:

“Bir qapıya dəfələrlə gedirdim, bezirdilər ki, yenə gəldi. İndi elə vaxtımdır ki, mənim yanıma məsləhət üçün gəlməlidirlər ki, bizə yol göstər. Mən hara gedim?”

"Cebheinfo.az"

Seçilən
1
4
cebheinfo.az

8Mənbələr