AZ

“Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Elitaya yüksəldiyi üçüncü mövsümdə avrokuboklara vəsiqə qazanmağı bacaran “Turan Tovuz” azarkeşlərini hazırda bir sual da çox maraqlandırır: komanda rəqiblərini Tovuzda qəbul edə biləcəkmi?Klubdan “Football-plus.az”a verilən məlumata görə bunun üzərində iş başlayıb. Qonaq azarkeşlər üçün ayrıca qapı açılacaq, media sektoru genişləndiriləcək. UEFA-nın tələblərinə və meyarlarına uyğun texniki xarakterli işlər görülür. Çox güman, komanda ilk iki mərhələdəki oyunları doğma şəhərdə keçirə biləcək. O başqa məsələ ki, ölkə kubokunu "Sabah" qazansa, "bozqurd" yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq. Yəni Tovuzda cəmi bir matç keçirə biləcək.Qeyd edək ki, avrokuboklarda mübarizə iyulda start götürəcək.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
icma.az

3Mənbələr