AZ

Pikeyə 200 min avro cərimə kəsildi

style='margin-bottom:10px;'>

"Barselona" və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pike insayder ticarəti səbəbindən cərimələnib.

QOL.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

İspaniyanın Qiymətli Kağızlar Bazarı üzrə Milli Komissiyası (CNMV) Pikeyə 2021-ci ildə Aspy Global Services şirkətinin səhmlərini şirkətin satın alınacağı barədə məlumat ictimaiyyətə açıqlanmamışdan bir neçə gün əvvəl aldığı üçün 200 min avro cərimə tətbiq edib.

Məlumata görə, keçmiş futbolçu məxfi informasiyadan istifadə edib və daha sonra dəyəri 20 faiz artan səhmləri sataraq qazanc əldə edib. Tənzimləyici qurum bunu “çox ciddi pozuntu” kimi qiymətləndirib. Pikeyə insayder məlumat ötürdüyü bildirilən iş adamı Elias Navarro da 100 min avro məbləğində cərimələnib. Tərəflərin qərardan İspaniya Ali Məhkəməsinə şikayət vermək hüququ var.

Qeyd edək ki, Jerar Pike mayın əvvəlində sahibi olduğu "Andorra" klubunda hakimi təhqir etməsi səbəbindən 6 oyunluq cəza da almışdı. O, futbolçu karyerasını 2022-ci ilin noyabrında başa vurub.

Seçilən
7
2
teleqraf.com

3Mənbələr