ain.az bildirir, Bakupost portalına istinadən.
ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı danışıqlar davam edir.
Bakupost.az BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan mənbələr ABŞ-nin danışıqlar zamanı Qrenlandiyada hərbi mövcudluğunun artırılması və adanın cənubunda ABŞ-nin suveren ərazisi sayılacaq üç yeni bazanın yaradılması məsələsini gündəmə gətirdiyini bildirib.
Məlumata görə, Ağ Ev gizli danışıqları təsdiqləyib.
Mənbələr bu bazaların ilk növbədə Şimali Atlantikada Çin və Rusiyanın potensial dəniz fəaliyyətlərini izləmək üçün istifadə ediləcəyini və son aylar ərzində danışıqlarda irəliləyiş əldə edildiyini qeyd ediblər.
Məlumatda tikiləcək bazaların sayının dəyişə biləcəyi də bildirlib.
Bilal, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.