Hər an "döyüş hazırlığında" olmaq və ani qərar qəbul etmək məcburiyyəti adi yorğunluğu xroniki formaya keçirir. Yüksək təhlükə və təcililik şəraitində işləyən mütəxəssislər, demək olar ki, tam bərpa olunmaq qabiliyyətini itirirlər.
Publika.az xəbər verir ki, psixoloq Marianna Abravitova "Abzas"a müsahibəsində xroniki yorğunluğa ən çox meyilli olan peşələri açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, xüsusi risk qrupuna həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları daxildir. Onların yuxusu narahat və səthi olur, növbəti iş günü barədə düşüncələr isə hətta evdə belə istirahət etməyə imkan vermir.
"Məsələn, xəstəxanalarda növbətçi həkimlər elə bir məsuliyyətlə üzləşirlər ki, hansı an və hansı köməyin lazım olacağını öncədən bilmirlər", - deyə psixoloq bildirib.
Abravitova qeyd edib ki, bu cür peşə sahibləri hər an oyadıla biləcəklərini, dərhal əməliyyata və ya digər təcili tədbirlərə başlamalı olduqlarını bildikləri üçün daim gərginlikdə olurlar.