AZ

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb.

Publika.az xəbər verir ki, palatadan Oxu.Az-a bildirilib ki, bahalaşma davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub.

Hesabata əsasən, 2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir.

Seçilən
28
20
publika.az

10Mənbələr