AZ

Beynəlxalq reputasiya artıq yalnız marketinq və kommunikasiya məsələsi deyil Ədalət Muradov

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əsas məqsəd sadəcə xarici tərəfdaşlıq sayını artırmaq deyil, beynəlxalq akademik məkanda universitetin özünəməxsus rolu və mövqeyini formalaşdırmaqdır. Beynəlxalq reputasiya artıq yalnız marketinq və kommunikasiya məsələsi deyil”. 

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, universitetlərin qlobal nüfuzu onların elmi məhsuldarlığı, əməkdaşlıq şəbəkələri, innovasiya potensialı və sosial təsiri ilə birbaşa əlaqəlidir. Bu səbəbdən Avropa universitetləri beynəlxalq strategiyanı ayrıca fəaliyyət istiqaməti kimi deyil, universitetin bütün idarəetmə və inkişaf modelinə inteqrasiya olunmuş strateji yanaşma kimi qəbul edirlər:

“Beləliklə,  əsas fikir ondan ibarət idi ki, gələcəyin universitetləri qlobal rəqabətdə yalnız resurs və ölçü ilə deyil, strateji tərəfdaşlıq, institusional fərqlilik və beynəlxalq etimad vasitəsilə üstünlük qazanacaqlar. Avropa modeli universiteti beynəlxalq akademik bazarda iştirak edən qurumdan daha çox, qlobal problemlərin həllində təsir yaradan və müxtəlif maraqlı tərəfləri birləşdirən strateji platforma kimi təqdim edir”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
525.az

1Mənbələr