ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli rəsmisi bildirib ki, Hörmüz boğazı artıq İran tərəfindən əvvəlki dövrlərlə müqayisədə daha geniş əməliyyat zonası kimi qiymətləndirilir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat dövlətə bağlı "Fars News Agency" tərəfindən yayılıb.
SEPAH rəsmisi Əkbərzadənin sözlərinə görə, əvvəllər Hörmüz boğazı əsasən Hörmüz və Henqam adaları ətrafında məhdud bir sahə kimi nəzərdən keçirilirdi, lakin hazırda bu yanaşma dəyişib.
O bildirib ki, İran artıq boğazı daha geniş hərbi və strateji əhəmiyyət daşıyan əməliyyat məkanı kimi qiymətləndirir.
Əkbərzadə qeyd edib ki, bölgənin əhatə dairəsi və təhlükəsizlik baxımından rolu əvvəlki illərlə müqayisədə genişləndirilib.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.