AZ

Gələn həftədən Tehran-Bakı aviareyslərinin sayı artırılacaq, Bakı-Məşhəd reysi açılacaq

Gələn həftədən etibarən Tehran-Bakı istiqamətində həftədə iki reys yerinə yetiriləcək.

FED.az xəbər verir ki, “Bakı Star” şirkətinin direktoru və İran Hava Yollarının Bakı üzrə rəsmi nümayəndəsi Məhəmməd Mir Rzayia bildirib ki, İmam Xomeyni Beynəlxalq Hava Limanının yenidən fəaliyyətə başlamasından sonra Tehran-Bakı marşrutu üzrə üçüncü reys cümə axşamı həyata keçiriləcək.

Onun sözlərinə görə, gələn həftədən etibarən Tehran-Bakı istiqamətində müntəzəm olaraq həftədə iki reys icra olunacaq.

Mir Rzayi qeyd edib ki, hazırda reyslərin sayının həftədə 6 uçuşadək artırılması potensialı mövcuddur və bununla bağlı qərar gələcək şəraitə uyğun veriləcək.

O həmçinin Bakı-Məşhəd reyslərinin başlanacağını açıqlayıb.

Bildirilib ki, Bakıdan Məşhəd istiqamətində ilk reysin şənbə günü həyata keçirilməsi planlaşdırılır.(Apa)

Seçilən
33
5
fed.az

10Mənbələr