Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin yalnız münaqişəyə son qoymaq üçün Moskvadan kənarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır.
"Yeni Sabah" xəbər verir ki, bunu Kremli sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
"Kremldə keçirilən mətbuat konfransında çıxış edən prezident bildirib ki, o, istənilən vaxt Moskvada, eləcə də başqa yerdə Zelenski ilə danışıqlar aparmağa hazırdır, lakin başqa yerdə görüşmək yalnız proses tam başa çatdıqda məna kəsb edir", - deyə Peskov vurğulayıb. pizza
O əlavə edib ki, münaqişənin yekunlaşdırılması üçün hələ çoxlu ev tapşırığı yerinə yetirilməlidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.