AZ

Qarabağ Universitetinin yeni rəsmi veb-saytı İSTİFADƏYƏ VERİLDİ

Ajans.az xəbər verir ki, bu, dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi "Drupal" platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Veb-sayt yenilənmiş dizaynı, təkmilləşdirilmiş strukturu və funksionallığı ilə seçilir. Platformada universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, eləcə də son xəbərlər və elanlar barədə ətraflı məlumatlar yer alır. Bununla yanaşı, sayt tələbələr, abituriyentlər, universitetin akademik və inzibati heyəti üçün vacib məlumatlara daha sürətli çıxış imkanı yaradır. Saytın hazırlanmasında əsas məqsəd istifadəçilərə daha rahat naviqasiya imkanı təqdim etmək, informasiya əlçatanlığını artırmaq və universitetin rəqəmsal kommunikasiya imkanlarını genişləndirmək olub. Yeni platforma vasitəsilə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər daha geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, veb-sayt universitetin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal mühitə inteqrasiyanın təmin edilməsi baxımından mühüm rol oynayacaq. Qarabağ Universiteti hər kəsi yeni rəsmi veb-saytı izləməyə dəvət edir:
https://qu.edu.az

Seçilən
4
14
Ajans.az

10Mənbələr