AZ

Rusiya Arktika Şurasının fəaliyyətinin bərpasını istəyir: NATO-ya sərt mesaj

Rusiya Arktikada dialoq və əməkdaşlığa açıqdır, həmçinin Arktika Şurasının tam formatda fəaliyyətinin bərpasında israrlıdır.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O qeyd edib ki, Rusiya ən böyük Arktika dövləti kimi hər zaman qarşılıqlı hörmətə əsaslanan dialoqa və konstruktiv əməkdaşlığa hazırdır. Diplomatın sözlərinə görə, Moskva Arktika Şurasının tamhüquqlu fəaliyyətinin bərpası üçün ardıcıl səylər göstərir.

Qruşko vurğulayıb ki, Şimal, Sibir və Uzaq Şərqin yerli azsaylı xalqları ilə bağlı gündəliyin Arktikada əsas çoxtərəfli platforma olan Arktika Şurasında irəli aparılması Rusiya üçün mühüm istiqamətlərdən biridir.

Seçilən
11
publika.az

1Mənbələr