AZ

Avokado sevənlərə XƏBƏRDARLIQ: Faydalı bildiyiniz bu meyvə bəzən təhlükəli ola bilər!

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son illərin ən populyar super qidalarından biri hesab olunan avokado, sağlamlıq üçün çoxsaylı faydaları ilə tanınır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, hər qidada olduğu kimi, avokadonun da həddindən artıq və ya yanlış istehlakı ciddi fəsadlara yol aça bilər.Demokrat.az-ın məlumatına görə, zəngin vitamin və mineral mənbəyi olan bu meyvəni rasiona daxil edərkən aşağıdakı məqamlara xüsusi diqqət yetirmək lazımdır:1. Çəki artımı riski: Avokado sağlam yağlarla zəngin olsa da, yüksək kalorili qidadır. Gündəlik normanı aşmaq arıqlamaq əvəzinə sürətli çəki artımına səbəb ola bilər.2. Lateks allergiyası olanlar diqqətli olmalıdır: Elmi araşdırmalar göstərir ki, lateksə qarşı allergiyası olan şəxslərdə avokado istehlakı zamanı da analoji allergik reaksiyalar (qaşıntı, şişkinlik, nəfəs darlığı) yarana bilər.3. Qaraciyər problemləri: Bəzi avokado növlərinin tərkibindəki efir yağları qaraciyər həssaslığı olan şəxslər üçün zərərli ola bilər. Xüsusilə qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin həkimlə məsləhətləşməsi tövsiyə olunur.4. Dərmanlarla qarşılıqlı təsir: Qan durulducu preparatlardan istifadə edənlər avokado yeyərkən ehtiyatlı olmalıdırlar, çünki meyvənin tərkibindəki K vitamini dərmanın təsirini azalda bilər.Mütəxəssislər bildirir ki, sağlam insan üçün gündə yarım və ya dörddə bir avokado istehlakı kifayətdir. Unutmayın ki, ən faydalı qida belə, qədərində yeyilmədikdə zərərə çevrilir.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
demokrat.az

1Mənbələr