"Fiorentina" futbolçusu Tariq Lampteylə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Fiorentina" rəhbərliyi və 25 yaşlı qanalı futbolçu müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmək qərarına gəliblər.
Lampti ötən yay "Brayton"dan 3 milyon avroya "Fiorentina"ya keçmişdi. O, çarpaz bağ zədəsi almadan əvvəl cəmi 2 oyunda iştirak edib və ümumilikdə 25 dəqiqə oynayıb .