AZ

ABŞ-ın nüvə sualtı qayığı Avropaya gəldi: NATO müttəfiqlərinə mesaj

ABŞ Silahlı Qüvvələri “Ohio” tipli strateji atom sualtı qayığını Avropaya göndərib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı əməliyyat donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, göyərtəsində ballistik raketlər daşıyan sualtı qayıq artıq Cəbəllüttariqdəki hərbi bazaya daxil olub.

Donanma nümayəndələri bildiriblər ki, bu səfər ABŞ-ın NATO müttəfiqlərinə olan sarsılmaz sadiqliyini, həmçinin hər an köməyə hazır və çevik olduğunu nümayiş etdirir. Qeyd olunub ki, “Ohio” tipli sualtı qayıqlar ballistik raketlər üçün görünməz buraxılış platforması hesab olunur və ABŞ-ın nüvə triadasının ən davamlı komponentlərindən biridir.

Seçilən
15
publika.az

1Mənbələr