"Son vaxtlar eşidirik ki, bir uşaq qəbiristanlıqda tapıldı, amma ailəsi ondan imtina edir. Hansı valideyn uşağından imtina edirsə, cahillikdənmi, imkansızlıqdanmı və ya hansısa psixoloji sarsıntıdanmı, dövlət gərək o uşağa sahib çıxmalıdır".
Hakimiyyet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsı zamanı deyib.
Deputat bildirib ki, xarici ölkələrdə belədir. "Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa belə dərhal sahib çıxır və bu da onu göstərir ki, dövlət uşaq müəssisələrinin sayı və infrastrukturu artırılmalıdır. Dərhal bu uşaqlar götürülüb dövlətin himayəsində böyüməlidir. Çünki bizə sağlam vətəndaş olduqca vacibdir",- o əlavə edib.
Deputatın sözlərinə görə, Prezidentin milli fəaliyyət planı ilə bağlı verdiyi sərəncamda hesab edirəm ki, çoxşaxəli bu problemlərə aid məsələlər öz əksini tapıb və bunun həyata keçirilməsi istiqamətində atılan addımlar da təqdirəlayiqdir. "Ümid edirəm ki, məşğulluq qurumları təkcə 18 min adamın işlə təmin olunması ilə kifayətlənməyəcək, həm də onların davamlı məşğulluğunu təmin edəcəklər ki, bu sahədə problemlər azalsın",- o qeyd edib.
Mürtəza