AZ

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi BƏLLİ OLDU

"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Qazaxıstanın "XTS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa finişə birinci çatıb.

O, Qəbələdən Mingəçevirə qədər 162,9 kilometr məsafəni hamıdan tez qət edib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Bizim.Media

Seçilən
55
9
bizim.media

10Mənbələr