AZ

Azərbaycanda ÜDM 0,2 faiz artıb

Bakı, 12 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 faiz çoxdur.

Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 faiz azalaraq 12 milyard 135 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7 faiz artaraq 27 milyard 740,1 milyon manata çatıb.

Seçilən
20
3
azertag.az

4Mənbələr