AZ

Çempionlar Liqası: “Sabah”ın mümkün rəqibləri 

“Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu 2026/27 mövsümündə turnirə 1-ci təsnifat mərhələsindən başlayacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda aşağı reytinqə görə “səpələnməmişlər” səbətində yer alacaq.

Paytaxt təmsilçisinin mümkün rəqibləri arasında “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya).

Adıçəkiləm komandalarla yanaşı, bu səbətə “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes”in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu və Macarıstan çempionunun düşmək ehtimalı da var.

Qeyd edək ki, Azərbaycan və Ermənistan çempionları püşkatmada bir-birinə rəqib ola bilməz.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da keçiriləcək. “Sabah” ev oyunlarını Masazırdakı stadionunda keçirəcək.

Seçilən
11
2
idmanxeber.az

6Mənbələr