AZ

Növbəti köç karvanı Xocavəndə və Qırmızı Bazar qəsəbəsinə yola salınıb

Növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə yola düşüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər olub.

Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər köçürülür.

Xəbər yenilənəcək

Seçilən
41
1
day.az

3Mənbələr