AZ

Qubada bu kəndlərin adı milliləşdirildi

Milli  Məclisin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Ölkə.az xəbər verir ki, məsələ barədə məlumat verən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, sənəddə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının yerli sakinlərin müraciətləri və Toponimiya Komissiyasının rəyi nəzərə alınmaqla müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.

Məsələ müzakirə olunaraq qəbul edilib.

Mürtəza

Seçilən
57
olke.az

1Mənbələr