AZ

Son günlər əhali arasında yayılan virusların adı açıqlandı - RƏSMİ

Son zamanlar əhali arasında müşahidə olunan halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma kimi simptomlar çox vaxt kəskin qastroenterit və ya xalq arasında "mədə-bağırsaq qripi" kimi tanınan virus mənşəli infeksiyaların əlamətidir.

Aznews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında bildirib ki, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotavirus yayılır və bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır:

“Həmçinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilər. Bundan başqa, mədə-bağırsaq əlamətləri xüsusilə isti havalarda bakteriyaların (məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması nəticəsində bu qidaları qəbul etdikdə də baş verə bilər.

İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq lazımdır. Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir. Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq viruslarına qarşı universal bir vaksin yoxdur”.

Seçilən
25
13
aznews.az

10Mənbələr