Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Aparıcı Vüsalə Əlizadə səhnədə geyiminə, danışarkən sözlərinə fikir verməyən sənət adamalrına irad bildirib.
Axşam.az xəbər verir ki, aparıcı bu barədə "İncə səhər" verilişində danışıb.
"Əli-ayağı dolaşıb bir-birinə. Mikrofonu sönüb, heç yandırmayıb, amma danışır. Qalstuku belə əyilib, xəbəri yoxdur. Bu sənətdə "mən sənətkaram, nə təqdim etsəm tamaşaçı qəbul etməlidir" düşüncəsi doğru deyil. Tamaşaçı səni həmişə mükəmməl görmək istəyir, səhvini, qüsurunu qəbul etmir.
Deyə bilərsən ki, müğənniyəm, mahnını düz oxuyum, danışanda səhv etsəm də olar. Xeyr, illərin sənət adamısan, tamaşaçı səndən düzgün nitq istəyir. Çünki etalonsan. Sonrakı nəsil səndən görüb öyrənir" deyə, Vüsalə bildirib.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.