AZ

ANAMA: 91 mina və 440 digər partlayıcı sursat zərərsizləşdirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyada əleyhinə 71, tank əleyhinə 20 mina və 440 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd olunan müddətdə 2 min 129 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
10
azertag.az

10Mənbələr