Azərbaycan bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilmiş beynəlxalq turnirdə üç medal qazanıblar.
Bu barədə "Far.Az"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Gənclər arasında mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla ABŞ və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar.
Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gövhər İbrahimova isə 25.900 xalla gümüş medal əldə edib.