AZ

Bu qüvvələr yalnız nifrət toxumları səpməyə çalışırlar - Deputat

Azərbaycan  Prezidentinin irəli sürdüyü sülh gündəliyinin əsasında Cənubi Qafqaz regionunda davamlı sabitliyin və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında bəzi dövlətlərin yüksək ranqlı rəsmilərinin, siyası və hüquqi riyakarlıq nümayış etdirən ayrı-ayrı beynəlxalq qurumların qətiyyən maraqlı olmaması nümayiş etdirilir. 

Ölkə.az xəbər verir ki, bunu deputat Nizami Səfərov parlamentdə çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, otüz ilə yaxın bir müddətdən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, iki dövlət  arasında nəqliyyat kommukasiyalarının açılması, sərhədlərin delimitasiya və demarkasiyasi üzrə işlərin ardıcıl formada həyata keçirilməsini dəstəkləməkdənsə, anti-azərbaycan mövqeyi sərgiləyən qüvvələr yalnız nifrət toxumları səpməyə, yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar:

"6 may 2026-cı il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barro parlamentin yuxarı palatası - senatda deputat Etyen Blankın ermənilərin dini və mədəni irsi ilə bağlı sualına cavab verərkən, regionumuzda baş vermiş hadisələri tamamilə təhrif olunmuş formada təqdim etmişdir.

İlk növbədə qeyd etmək istərdim ki, siaysı, hüquqi və diplomatik müstəvidə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq birliyə çatdırmışdır ki, ölkə ərazısındə “Dağlıq Qarabağ” deyilən bölgə mövcud deyil və Azərbaycanın suveren ərazisi olan Qarabağ iqtisadi rayonunun öncə qeyd etdiyim terminlə təsvir olunması qəbuledilməzdir. 

Barro çıxışında güya “2021- ci ildən başlayaraq 40-a yaxın erməni mədəni irsinə aid obyektin itirilməsinə” istinad etmişdir. Sual olunur – otuz il davam etmiş işğal dövründə sistematik və irimiyqaslı formada Qarabağda ermənilər tərəfindən törədilən və müharibə cinayətləri kimi tövsüf edilən Azərbaycanın mədəni irsinin məhv edilməsi, dağıdılması, oğurlanmasına göz yuman Qərb dairələri nəyə görə öz narahatlıqlarını bildirmirdilər? 1954-cü il tarixli Silahlı münaqişə zamanı mədəni sərvətlərin qotunması haqqında Haaqa Konvensiyası və onun iki Əlavə protokolu kobud formada pozularaq Qarabağda 400-dən çox abidə məhv edilmışdir, 67 məsçiddən 63 yerlə yeksan olunmuşdur və təhqirlərə məruz qalmışdir, 100 min tarixi artefakta malik olan 22 muzey dağıdılmıdır. Hələ bunlar mədəni irsimizə qarşı elan edilən amansız müharibənin çıx qısa bir statistikasıdır. Digər məsələrdə olduğu kimi mədəni irsə aid olan problemlərə münasibətdə yenə də ikili standartlar və selketiv yanaşma müşahidə olunur".
Deputat onu da    xatırladıb ki,  Azərbaycan ərazilərində yerləşən bütün tarixi və dini abidələrimiz milli-mədəni irsimizə aiddir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq onlar etibarlı formada qorunur və heç bir xarici qüvvə dövlətimizin suveren səlahiyyətlrinə aid olan məsələlərə müdaxilə edə bilməz. 

Mürtəza

Seçilən
12
2
olke.az

3Mənbələr