AZ

Pentaqon ABŞ Silahlı Qüvvələrinin hüquqi sistemində islahatlara başlayır

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Pit Heqset Silahlı Qüvvələr daxilində mövcud hüquqi münasibətlərin hərtərəfli təhlili və genişmiqyaslı islahatların hazırlanması üçün xüsusi komissiyanın yaradıldığını elan edib.

Bizimyol.info xəbər verir ki, Heqset "X" sosial şəbəkəsində bildirib ki, komissiya hərbi hüquq sisteminin bütün aspektlərini uzunmüddətli və kompleks şəkildə araşdıracaq.

“Biz hərbi qulluqçularımıza təsir edən bütün hüquqi sistemin hərtərəfli və departamentlərarası təhlili üçün xüsusi komissiya yaradırıq. Bu komissiya etimadı gücləndirəcək, Silahlı Qüvvələrimizi daha da möhkəmləndirəcək və real islahatlar həyata keçirəcək”, — deyə Pentaqon rəhbəri qeyd edib.

Onun sözlərinə görə, islahatların nəticəsi daha əlçatan və hərbi qulluqçuların ehtiyaclarına yönəlmiş hüquqi sistem olmalıdır. Buraya xüsusilə hüquqi yardım xidmətlərinin daha geniş və əlçatan olması daxildir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr