AZ

Kür çayında vəziyyət: “Suyun səviyyəsi yuxarı olduğundan...”

“Kür çayının Salyan rayon ərazisində son 5 gündə suyun səviyyəsi 1 metr aşağı düşüb”.

Bunu “Yeni Sabah”a açıqlamasında Salyan rayonunda fəyaliyyət göstərən ictimai fəal Emil Məmmədov bildirib.

“Əvvəllər də daşma təhlükəsi yox idi, sadəcə olaraq təhlükə onda idi ki, suyun səviyyəsi yuxarı olduğundan Salyan rayonu və kəndlərdə həyətlərə qrunt suları çıxa bilərdi”, - deyə E.Məmmədov qeyd edib. pizza hut

O əlavə edib ki, Kür çayı hazırda Xəzər dənizinə sərbəst şəkildə axır:

“Çayın qarşısını kəsən lil təmizlənib, Kür rahat şəkildə axarına düşüb. Artıq balıq ovlamaq mümkün olacaq”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Seçilən
46
1
yenisabah.az

2Mənbələr