AZ

Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında

style='margin-bottom:10px;'>

İngiltərə Çempionşipində Premyer Liqaya yüksəliş uğrunda pley-off mərhələsinin cavab yarımfinal oyunu keçirilib.

QOL.az xəbər verir ki, Londonun “Den” stadionunda baş tutan görüşdə “Hall Siti” səfərdə “Milluoll”u 2:0 hesabı ilə məğlub edib (ilk matç 0:0). Qolları Mohamed Bellumi (64) və Co Qelhardt (79) vurub.

Beləliklə, “Hall Siti” pley-offun finalına yüksəlib. Komanda mayın 23-də keçiriləcək həlledici görüşdə “Midlsbro” – “Sauthempton” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə yekunlaşıb. 

Xatırladaq ki, "Hall Siti" klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır. 

Seçilən
33
teleqraf.com

1Mənbələr