Fransa Liqa 1-də 2025/26 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, Usman Dembele Fransa Peşəkar Futbolçular Assosiasiyası tərəfindən ilin futbolçusu seçilib. PSJ-nin futbolçusu səsvermədə Vitinya, Nunu Mendeş, Meyson Qrinvud və Florian Toveni qabaqlayıb.
Fransalı vinger cari mövsüm Liqa 1-də 20 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Dembele bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.