AZ

ABŞ strateji ballistik raket daşıyan sualtı qayığını Avropaya göndərib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

ABŞ-nin Qitələrarası ballistik raketlərlə silahlanmış “Ohio” sinifli strateji sualtı qayığı mayın 10-da Cəbəllütariqdəki hərbi bazaya daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması məlumat yayıb.

“Bu, ABŞ-nin hərbi imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə davamlı sadiqliyini nümayiş etdirir. “Ohio” sualtı qayığındakı ballistik raketlər ABŞ nüvə triadasının ən davamlı komponentidir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 14 ədəd “Ohio” sinifli strateji sualtı qayığı var. Onların hər biri 20 ədəd “Trident II D-5” ballistik raketi daşıya bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
5
azertag.az

6Mənbələr