Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.
Herbiand.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ciddi təhdidlərlə qarşı qarşıya qalmışdı: “Belə şəraitdə Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Onun rəhbərliyi ilə dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradıldı. Azərbaycan beynəlxalq bitliyin nüfuzlu üzvünə çevrildi. Ümummilli Liderin başlatdığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə həyatının bütün sahələrində böyük uğurlar əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin taleyi ilə bağlı olan ən mühüm problemin həllinə imkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında tarixi qələbələr qazanılıb. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanmış tarixi missiya şərəflə başa çatdırılıb. Bir məqamı hər zaman qürurla vurğulayırıq ki, Ulu Öndər Azərbaycana parlamentin sədri kimi qayıtmışdı. Onun ideyası daim yaşayır və yaşayacaq".