Cənab Prezident İlham Əliyev artıq neçə ildir ki, xalqımız üçün əlamətdar bayram günlərini Qarabağda və Şərqi Zəngəzurda doğma el-obalarına, ata- baba yurdlarına qayıdan soydaşlarımızla birlikdə qeyd edir, onlara dövlətimizin hədiyyəsi olanyeni, müasir, gözəl mınzillərinin açarlarını təqdim edir, onları sevindirir, onların sevincinə şərik olur.
Bu il də belə oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının103-cü ildönümü günündə cənab Prezident İlham ƏliyevZəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışını etdi, sakinlərlə görüşdü, çıxışında müstəqilliyimizin ilk illərindən keçdiyimiz keşməkeşli yola diqqəti cəlb etdi, yaxın və orta dövr üçün qarşıda duran vəzifələrin yol xəritəsini müəyyən etdi. Zəngilandan verilən mesajlar bir çox cəhətlərinə görə həm bölgənin taleyi üçün, həm də beynəlxalq siyasi konfiqurasiyanın müəyyən edilməsi baxımdan çox əhəmiyyətlidir.
İlk öncə onu qeyd etmək istəyirəm ki, bu mesajların Ulu öndər Heydər Əliyevin ad günündə və Zəngəzur torpağından verilməsi xüsusi məna kəsb edir. Əvvəla, Ulu öndərin ən böyük arzusu törpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması idi. Digər tərəfdən mən qəti əminəm ki, eyni situasiyada Ulu Öndər də eyni cəsarətli və müdrikfikirləri söyləyərdi. Budur siyasi varislik, budur Ulu Öndərin siyasi kursunun davamlılığı!
Zəngəzur şərq-qərb və şimal- cənub dəhlizlərinin kəsişmə nöqtəsidir.Zəngilan rayonu isə Azərbaycanın iki dövlətlə-İran və Ermənistanlasərhəddə yerləşən strateji əhəmiyyəti çox böyük olan bölgəsi, üç ölkənin sərhəd qapısıdır.
Zəngəzur bölgənin ən strateji coğrafiyasıdır. Bəlkə də, elə buna görə 1920-ci ildə Sovet hökuməti Zəngəzuru iki yerə parçaladı, süni yollaİranla Ermənistan SSR arasında sərhəd yaratdı, Naxçıvanı və Türkiyəni Azərbaycanın əsas ərazisindən ayırdı.
Çıxışında ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclilik, təsadüfi küçə adamlarının böyük vəzifələrə yiyələnməsi nəticəsində yaranmış siyasi hakimiyyət böhranı, bundan istifadə edən Ermənistanın torpaqlarımızı işğal etməsinin xronologiyasını yada salan cənəb Prezident tarixi qələbəmizin uğur düsturunu da bir daha dünyaya bəyan etdi: güclü dövlət, güclü ordu, güclü siyasi iradə. Bu güclü iradəni Ulu öndər Heydər Əliyevə verən müdrik Azərbaycan xalqı, onun böyük dövlət xadiminə olan sonsuz inamı idi.
Cənab Prezidentin Zəngilanda söylıdiyi kimi, o vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu dagetməyə başladı.
Xalqımızın eyni münasibəti Ali Baş Komandan İlham Əliyevə də göstərmısi bu inamdan doğurdu.
Öz xalqına arxalan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevinbir peyğəmbər müdrikliyi ilə söylədiyi kimi, Azərbaycan xalqının dəstəyi ilə bütün tarixi missiyaları yerinə yetirə bildi. Cəmi 44 gün davam edən Zəfər savaşından sonra torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, 23 saatlıq antiterror tədbiri nəticəsində milli suverenliyimiz Respublikamızın hər yerində bərpa edildi. İndi isə geniş miqyaslı quruculuq işləri ilə məşğul oluruq, Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldirik, cənnətə çeviririk.
Cənab Prezidentin Zəngilandan Ermənistandakı revanşistlərə və onlara havadarlıq etmək istəyində olan siyasi boşboğazlara mesajları da dəmir yumruq zərbəsi qədər turarlıdlr:- "Biz istəməsək sülh olmazdı!"
Tək bu cümlə gücün, güvənin və müdrikliyin təcəssümü olmaqla, həm dəErmınistan cəmiyyətinə ciddi bir xəbərdarlıqdır!
Zəngilan sakinləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Avropanın bəzi dövlətlərinin Cənubi Qafqazla bağlı ikiüzlü siyasətinə bir daha diqqət çəkərək onları ifşa edən bəyanatlar səsləndirdi. Doğrüdan da, artıq bölgədə müharibə bitibsə, Azərbaycan tarixi ədalətsizliyə son qoyan Zəfər savaşında sülhə gedən yolun xəritəsinin konturlarını müəyyən edibsə, ötən ilin 8 avqustunda Vaşinqtonda-Ağ evdə sülh müqaviləsi paraflanıbsa Avropalı missionerlərin bölgədə nə işi var? Siz güya bürada Ermınistanı qoruyursunuz? Bəs 44 günlük Zəfər savaşında, 23 saatlıq antiterror əməliyyatında quyruğunuzu niyə qılçanızın arasına soxmuşdunuz? Bəyəm Ermənistanda bunu görmədilər?
İndi sərhəddə guya sakitliyi təmin edirsiniz? Cənab Prezidentin çox dəqiq vurğuladığıkimi, sərhəddə bircə güllə atsaq dabanınızın parıltısından həm öz gözləriniz qamaşacaq, həm də gözünə kül üfürdüyünüz hələ də sizə güvənən ağılsız toplumun.
Cənab prezidentin çıxışındakı bir vacib tezisə də diqqət çəkmək istəyirəm: "İşğal dövründə ermənilər bizim 60 min hektardan çox meşə fondumuzu, o cümlədın Avropanın ən böyük çinar meşısi olan Bəsitçay qoruğunu məhv etmişlər.Ekosid,talançılıq,düşmənçilik, qəddarlıq törətmişlər.özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar".
Çox doğru və gələcək sülh müqaviləsindən sonrakı dövr üçün diqqətə almalı bir təsbitdir. Mənim uşaqlıq bə yeniyetməlik illərim Zəngəzurda-Qarakilisə rayonunda keçib. Doqqozuncu və onuncu sinifləri isə Vağudi kənd internasional məktəbdə oxumuşam. Hələ o vaxtlar, sovet hökumətinin qurd-quzu ilə otlayan vaxtlarında ermənilərin bizim millətə qarşı aqressiv, düşmən münasibətinin dəfələrlə şahidi olmuşam.
Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq. Həqiqətən də, erməni toplumunda Azərbaycana və azərbaycanlılara qarşı nifrət hissi ilə yaşayan qüvvələr var və onların sayı kifayət qədərdir. Halbuki, cənab Prezidentin söylədiyi kimi, biz ermənilərə heç bir pislik etməmişdik. Əksinə, 1918-ci ildə onlar Zəngəzur azərbaycanlılarına qarşı soyqırım və etnik təmizləmə cinayəti törətmişdilər, 115 azərbaycanlı kəndini dağıdıb, talan edib yandırmış, 10 mindən çox insanımızı qətlə yetirniş, 50 mindın çox azərbaycanlını isə ata- baba yurdlarından didərgin salmışdılar. Ermənilərin bizə düşmənçıliyinin kökündə uzun illər erməni siyasətçiləri və kilsə tərəfindın uydurulan və vaxtaşırı körüklənən mifik " Böyük Ermənistan" xəstəliyi dayanır. Bu çürük ideya dəfələrlə erməni xalqının başına bəlalar gətirsə də, onları böyük güclərin əlində öz məqsədləri üçün maşa və alətə çevirsə də, aparılan davamlı təbliğat nəticəsində ermənilərin əksəriyyətinin psixikasında paranoyal ocaq kimi özünə yer eləmişdir. Bu bir reallıqdır və sülh müqaviləsindən sonrakı dövrdə davranışımızda və ermənilərə münasibətimizdə uzun illər bu reallığı göz önündə saxlamalıyıq.