AZ

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

İran məhkəmə hakimiyyəti Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərən “Ənsar əl-Furqan” üzvünün edam edildiyini açıqlayıb

İran məhkəmə sistemi “Ənsar əl-Furqan” qrupunun üzvü Əbdülcəlil Şahbəxşin edam edildiyini açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, Şahbəxş silahlı hücum, polis məntəqələrinə qarşı əməliyyatlar və terror qrupuna üzvlük ittihamları ilə İnqilab Məhkəməsində mühakimə olunub.

Onun barəsində çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra edilib.

Seçilən
26
5
apa.az

6Mənbələr