“Omoniya” klubunun futbolçusu Jali Muaddib yeni mövsümdən Azərbaycanda forma geyinəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” futbolçu ilə anlaşıb. Kipr təmsilçisinin meneceri Giorgios İrakleus də yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib.
O, 25 yaşlı fransalı vingerin “Qarabağ” klubu ilə anlaşdığını bildirib.
Muaddib bu mövsüm: 28 oyun, 4 qol, 6 məhsuldar ötürmə. Onun “Transfermarkt”ki dəyəri 375 min avrodur.