AZ

Ağdamda qəza: ata və oğlu xəsarət aldı

Ağdam rayonunda baş verən yol qəzası zamanı bir ailənin iki üzvü xəsarət alıb.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1982-ci il təvəllüdlü Elmin Muradova məxsus "Lada Granta" markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Elmin Muradov və onun 14 yaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Seçilən
22
4
publika.az

8Mənbələr