ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəhid Müşfiq Abbasov doğulduğu Ağdam rayonunun Abdal kəndində dəfn olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun oğlu Şamil sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Müşfiq Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu – Şamil və İntiqamla birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ağdamın Abdal-Gülablı kəndində doğulan şəhidimiz Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdu.
Prezident İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.