ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
2026-cı ilin birinci rübündə Avropada ən populyar yeni avtomobil “Renault Clio” olub. Demokrat.az xəbər verir ki, bu barədə “Focus2Move” portalı məlumat yayıb.“Renault Clio” Avropa bazarının təxminən 2 faizini əhatə edib və satışlarında 8 faizlik artım qeydə alınıb.Model əsasən müasir dizaynı, aşağı yanacaq sərfiyyatı və zəngin texnoloji təchizatı ilə seçilir. Eyni zamanda, öz sinfində ən təhlükəsiz avtomobillərdən biri hesab olunur.Avropada satış reytinqində ikinci yeri “Volkswagen T-Roc” krossoveri tutub. Üçüncü yerdə isə satışları 60,8 faiz artan “Tesla Model Y” qərarlaşıb.“Tesla Model Y”nin Avropada mövqeyinin güclənməsi İranda baş verən münaqişə fonunda yanacaq qiymətlərinin artması ilə izah olunur. Mütəxəssislər həmçinin Niderlandda “Full Self-Driving” sürücüyə yardım texnologiyasının istifadəsinə icazə verilməsinin də elektrik avtomobillərinə marağı artırdığını bildirirlər.Ümumilikdə ilk onluqda Avropa istehsalçıları üstünlük təşkil edir. Xüsusilə “Volkswagen” modelləri və Fransa istehsalı olan büdcə avtomobilləri yüksək satış göstəriciləri ilə seçilir.Avropada ən populyar 10 avtomobil:1. Renault Clio (+8%)
2. Volkswagen T-Roc (-2.5%)
3. Tesla Model Y (+60.8%)
4. Nissan Qashqai (+4.2%)
5. Volkswagen Tiguan (-4.1%)
6. Volkswagen Golf (-12.4%)
7. Dacia Sandero (-29.3%)
8. Opel Corsa (-3.5%)
9. Citroën C3 (-8.4%)
10. Peugeot 2008 (-7.4%)Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.