AZ

Osimhen millidən kənarda qaldı

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Nigeriya millisinin heyətindən kənarda qalıb.

QOL.az xəbər verir ki, "Afrik-Foot" nəşrinin məlumatına görə, Nigeriya seçməsi may ayının sonunda İngiltərədə keçiriləcək "Birlik Kuboku"nun heyətinə təcrübəli futbolçunu daxil etməyəcək. Baş məşqçi Erik Şellin Osimhenlə yanaşı, Ademola Lukman, Vilfred Ndidi və Kelvin Bessini də turnirdən kənarda saxlayacağı bildirilib.

Qeyd edək ki, dörd ölkənin iştirakı ilə baş tutacaq turnir 26-30 may tarixlərində "Çarlton Atletik"in ev stadionu olan "The Valley"də təşkil olunacaq.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr