AZ

IRNA: Tehran ABŞ-ın rəsmi cavabını gözləyəcək

Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında aparılan danışıqların yekun razılaşması müharibənin tam dayandırılması üzrə ilkin anlaşmaya bağlıdır.

Aznews.az xəbər verir ki, bu, IRNA-da yayımlanan məqalədə əksini tapıb.

IRNA Tehranın Pakistan vasitəsilə ABŞ-ın rəsmi cavabını gözləyəcəyini, eyni zamanda, qarşı tərəfin hər hansı digər addımı üçün də hazır olduğunu yazıb.

Məlumata görə, yekun razılaşma müharibənin tam şəkildə dayandırılması barədə ilkin anlaşmanın əldə olunmasından asılıdır.

“İlk mərhələdə iki tərəf arasında yazılı memorandum imzalanacaq və bu sənəddə yekun razılaşma üçün tərəflərin gözləntiləri və şərtləri təsbit ediləcək”, - məqalədə deyilir.

İranın dövlət agentliyi yazır ki, memorandum imzalandıqdan sonra 30 günlük, ehtiyac olarsa, uzadıla biləcək müddət ərzində yekun sazişin detallarının və texniki məsələlərinin müzakirəsi aparılacaq.

Seçilən
14
3
aznews.az

5Mənbələr