AZ

"Mançester Yunayted" Amad Diallo ilə bağlı qərarını verdi

Gənc istedad Amad Diallonun gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə "Mançester Yunayted" tərəfindən nöqtə qoyulub.

Fanat.Az xəbər verir ki, "TEAMtalk"ın məlumatına görə, klub rəhbərliyi futbolçunun bu yay komandadan ayrılacağı barədə iddiaları təkzib edib.

Maykl Kerrikin rəhbərliyi altında daha irəlidə, hücum mövqeyində çıxış etməyə başlayan Diallo, klubun uzunmüddətli planlarının mühüm bir hissəsi kimi qalmaqdadır.

"Qırmızı şeytanlar" gənc vingerin inkişafından razıdırlar və onun heyətdəki mövqeyini daha da möhkəmləndirəcəyinə inanırlar.

Seçilən
30
fanat.az

1Mənbələr