AZ

Saxta xəbərlər niyə tez yayılır? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial media platformaları insanların məlumat alma vərdişlərini tamamilə dəyişib. Artıq xəbərlər ənənəvi media vasitələrindən daha çox sosial şəbəkələr üzərindən yayılır. Lakin bu sürətli informasiya axını ilə yanaşı, saxta xəbərlərin yayılması problemi də ciddi şəkildə artıb. Maraqlıdır ki, bir çox hallarda yanlış və manipulyativ məlumatlar doğru xəbərlərdən daha sürətli yayılır və daha çox diqqət çəkir. Məsələ ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bildirib ki, əslində platformadan daha çox diqqət və qarşılıqlı əlaqə məsələsindən qaynaqlanır:"Bu diqqət və qarşılıqlı əlaqəni maksimuma çatdıran alqoritmlər və texnologiyalar mövcuddur. Məsələn, burada “ranking” sistemi var. “Feed” alqoritmləri klik, şərh, paylaşım və baxış müddəti kimi siqnalları ön plana çıxarır. Saxta xəbərlər isə adətən emosional, qəzəb və şok yaradan başlıqlarla daha çox reaksiya topladığı üçün alqoritm onları daha geniş auditoriyaya göstərir. Bundan əlavə, tövsiyə sistemləri və “rabbit hole” effekti mövcuddur. “Bu sizin üçün”, “next up”, “recommended” kimi sistemlər istifadəçini platformada saxlamaq üçün oxşar məzmunu ardıcıl şəkildə təqdim edir. Məsələn, istifadəçi bir gül buketinə baxdıqda sistem ona davamlı olaraq oxşar buketlər göstərir. Bununla həm istifadəçi platformada saxlanılır, həm də həmin şəxs artıq hədəf müştəriyə çevrilir".O bildirib ki, şəbəkə təsiri və paylaşım sürətinin yüksək olması da mühüm rol oynayır:"Bir kliklə paylaşım imkanı yoxlama xərclərini minimuma endirir. Qruplar, kanallar, botlar və koordinasiyalı davranışlar da bu prosesə təsir göstərir. Botlar ilkin mərhələdə məzmunu şişirdərək alqoritmə trend siqnalı yaradır, koordinasiyalı şəbəkələr isə eyni linki eyni vaxtda paylaşaraq viral görüntü formalaşdırır.Mikro hədəfləmə və fərdiləşdirilmiş reklam mexanizmləri də bu prosesdə iştirak edir. Yanlış məlumat müəyyən auditoriyaya psixoloji təsir göstərmək üçün istifadə olunur. Eyni mövzuda fərqli insanlara müxtəlif versiyalar təqdim edildiyi üçün həmin məlumatların təkzibi çətinləşir. Məzmun davamlı şəkildə dəyişdiyi üçün bütün versiyaları ayrı-ayrılıqda yoxlamaq mümkün olmur. Generativ AI və deepfake texnologiyaları da saxta məzmun istehsalını sürətləndirir. Reallığa yaxın görüntü, səs və mətn istehsalı saxta xəbərlərin daha sürətli yayılmasına səbəb olur. “Copy-paste” media və avtomatik tərcümə vasitələri isə saxta məlumatların çoxdilli formada yayılmasını asanlaşdırır. Məsələn, ingilis dilində yayılan saxta xəbər qısa müddətdə türk, rus və Azərbaycan dillərinə tərcümə edilərək geniş auditoriyaya çatdırılır".Mütəxəssis deyib ki, digər problem etibar siqnallarının zəif olmasıdır:"Paylaşımlarda mənbə keyfiyyəti, müəllif, tarix və kontekst kimi məlumatlar ya görünmür, ya da zəif təqdim olunur. Bu səbəbdən istifadəçi məlumatı sürətli şəkildə oxuyaraq qərar verir.Bu problemlərin qarşısını almaq üçün müxtəlif rəqəmsal mexanizmlər tətbiq oluna bilər. Yüksək riskli məzmunlar, məsələn yeni hesablar, şübhəli domenlər və bot şəbəkələrinə bənzər fəaliyyətlər avtomatik şəkildə daha az göstərilə bilər. Viral yayılmanın ilk 30-60 dəqiqəsində paylaşım limiti tətbiq edilə bilər. Paylaşım sürəti anormal olduqda sistem müvəqqəti “soyutma” rejimi tətbiq edə bilər.“Əvvəl oxu, sonra paylaş” prinsipi də tətbiq edilə bilər. “Oxumadan paylaşmaq istəyirsiniz?” kimi xəbərdarlıqlar və “forward” limitləri kütləvi yayılmanın qarşısını ala bilər. Fakt yoxlama inteqrasiyası və kontekst etiketləri də vacibdir. Məzmunun təkzib olunub-olunmadığı, istifadə olunan mənbələr, tarix və əsas faktlar istifadəçiyə açıq şəkildə göstərilməlidir.Riyazi baxımdan isə qraf analizi tətbiq oluna bilər. Eyni vaxtda eyni linki paylaşan istifadəçilər anormal repost şəbəkələri kimi qiymətləndirilə bilər. Davranış biometrikası vasitəsilə paylaşım intervalı, mətn oxşarlığı və IP siqnalları analiz edilə bilər. İstifadəçinin normal davranışından ciddi kənara çıxma müşahidə olunduqda hesab təsdiqi tələb edilə və ya şəbəkə deaktiv edilə bilər.İstifadəçilərə seçim imkanlarının verilməsi də vacibdir. “Niyə mən bunu görürəm?” funksiyası daha şəffaf şəkildə işləməlidir. Bəzən istifadəçi maraq dairəsinə uyğun olmayan serial və ya video məzmunu ilə qarşılaşır. Bu məzmunun niyə göstərildiyi aydın izah edilməlidir. Məsələn, Facebook platformasında “az göstər” və “çox göstər” kimi seçimlər daha geniş təqdim olunur. Instagram-da isə bəzi hallarda istifadəçi baxmadığı mövzularla bağlı videolarla qarşılaşır və bu da alqoritmin məntiqi işləmədiyi təəssüratını yaradır.

Səsyazmaların məzmunu sosial media alqoritmlərinin işləmə prinsipləri, saxta xəbərlərin yayılma mexanizmləri və bu problemlərin qarşısını almaq üçün təklif olunan rəqəmsal həllər ətrafında cəmlənib",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
demokrat.az

1Mənbələr