AZ

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

Kürdəmirdə avtomobil yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yanğın hərəkətdə olan “Ford” markalı avtomobildə baş verib.
 

Hadisə yerinə FHN-in Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.


Yanğın söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Hazırda fakt araşdırılır.





Bizim.Media, Aran bürosu

Seçilən
42
5
bizim.media

6Mənbələr